Archive
Dictionary
DÜNYA BANKI QRUPU
(ingiliscə - World Bank Group - Dünya Bankı Qrupuna) - inkişaf etməkdə olan ölkələrə maliyyə texniki yardımlar göstərən hökumətlərarası beynəlxalq maliyyə təşkilatıdır. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - BYİB, Beynəlxalq İnkişaf Assosiasiyası - BİA, Beynəlxalq Maliyyə Korporasiyası - BMK, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik - İTÇA və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz - İMHBM-ni özündə birləşdirir. Baş qərargahı ABŞ-ım paytaxtı Vaşinqton şəhərində yerləşir.