gototop gototop

Dictionary

DÖVLƏTLƏRARASI AVİASİYA KOMİTƏSİ

(rusca - Межгосуда́рственный авиацио́нный комите́т, МАК - Dövlətlərarasi Aviasiyya Komitəsi, DAK) - Keçmiş SSRİ-nin 11 dövlətin (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırgızstan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belaruc, Moldova, Ermənistan) tərəfindən mülki aviasiya və hava məkanından istifadə sahəsində dövlət funksiyaları və səlahiyyətlərinin həvalə edildiyi icra orqanı. 30 dekabr 1991-ci ildə dövlətlərarası “Mülki aviasiya və hava məkanından istifadə sahəsində saziş“ əsasında təsis edilmişdir. Hava gəmilərinin, aerodrom və aviaşirkətlərin sertifikatlaşması ilə məşğul olur. DAK avioregistri (АР МАК) aparır.  DAK həmçinin hava nəqliyyatında qəzaların tədqiqi ilə də məşğul olur. Mənzil-qərargahı 6 noyabr 2014-cü ildən Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir.