gototop gototop

Dictionary

DÖVLƏT XARİCİ BORCU

(ingiliscə - external public debt - dövlət xarici borcu) - təsbit olunmuş vaxt ərzində hökumətin xarici kreditorlara, digər ölkələrin vətəndaşlarına, şirkət və təşkilatlarına qaytarılacaq borcunun pul ifadəsində məcmu öhdəliyi. Dövlət xarici borcunun mövcudluğu ölkə iqtisadiyyatında yaradılmış məhsulun müvafiq hissəsinin borc ödənişi qismində xarici kreditorlara verilməsi ilə müşayiət olunur. Belə borcun artması ölkənin beynəlxalq aləmdə nüfuzunun aşağı düşməsinə, əhalinin hökumətə olan inamının azlmasına səbəb olur. Dövlət xarici borcunda hökumətin kreditorları kimi xarici dövlətlər, əcnəbi hüquqi şəxslər, beynəlxalq maliyyə institutları çıxış edirlər. Dövlət xarici borcu göstəricisi onun ÜDM-də faiz nisbəti və bu borcun adam başına düşən məbləği ilə müəyyən olunur.