gototop gototop

Dictionary

DÖVLƏT BORCU

(ingiliscə - government debt - dövlət borcu) - büdcə kəsirinin doğurduğu problem kimi dövlətin mövcud olduğu müddət ərzində yığılıb qalmış dövlət büdcələrinin, onun defisitinin ödənilməmiş məbləği. Dövlət borcu daxili və xari borclara təsnifatlandırılır. Dövlət borcunun daha obyektiv müqayisəsi üçün onun ÜDM-də faiz nisbəti götürülür. Şərti olaraq dövlət borcu aşağı və biçimli (orta) müəyyən edilir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı aşagı səviyyə kimi ÜDM-ə nisbətdə onu 18%-ə qədər, orta səviyyə kimi isə 18-30% arası qiymətləndirir. Dövlət borcuna münasibət nə qədər ümumi olsa da, hər dövlətdə özünün məxsusi təyinatları vardır. Azərbaycan Respublikasında dövlət borcu “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanunda dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc kimi təsbitini tapmışdır.