Archive
Dictionary
DOLLAR
(almanca - taler - dərə) - ABŞ-da (ABŞ dolları), Kanadada (kanada dolları), Avstraliya (Avstraliya dolları) və bir sıra digər ölkələrdə pul vahidi, milli valyuta. 100 sentə bərabərdir. ABŞ-da 24,34 qram xalis gümüş dəyərində olmaqla 1786-cı ildən dövriyyədədir. Dolların qızıl məzmunu ilk olaraq 1,6 qram xalis qızıl olmaqla 1900-cü ildə 1,5 qrama, 1934-cü ildə isə 0,8886 qrama endirilmişdir. Sonradan qızıl dollar sikkələr dövriyyədən çıxarılmış və 1, 5, 10, 20, 50 və 100 dollar olan pul nişanları şəklində banknotlarla əvəz edilmişdir.