Archive
Dictionary
AKSEPT
(latınca acceptus - qəbul olunmuş) ödəyicinin təyin olunmuş müddətdə öhdəlik üzrə ödənişə razılıq bildirişi. Aksept ödəniş tələbi blankında «akseptlənmişdir» - yəni «ödəyici (bank) tərəfindən ödənişə razılıq verilmişdir» yazılışı ilə sənədləşdirilir. Həmçinin bağlanılmış müqavilələrdə tərəflərdən birinin digər tərəfin oferta təqdimatına razılıq verməsi də aksept adlandırılır.