Archive
Dictionary
DƏMİRYOL NƏQLİYYATI
(ingiliscə - trains - qatarlar) - relslər üzərində hərəkət edən nəqliyyat növü və yol təsərrüfatı. Dartıcı qüvvəsinə görə: teplovoz, elektrovoz, müxtəlif tip yüklər üçün oriyentasiya olunan hərəkət qatarlarına görə (sərnişin vaqonu, platforma, sisterna və s.) fərqləndirirlər. Dəmiryol nəqliyyatının başlıca funksiyası - kütləvi sənaye və kənd təsərrüfatı yüklərinin (kömür, polad, taxıl və s.) böyük məsafələrə daşınmasıdır. Dünya dəmiryol şəbəkəsi bütövlükdə XX əsrin əvvəlində qurulmuşdur. Dünyanın 140 ölkəsində dəmiryol şəbəkəsi mövcuddur və dəmir yolu xətlərinin uzunluğu 1,3 milyon km təşkil edir.