Archive
Dictionary
DEFLYATOR
əvvəlki mərhələnin qiymətlər səviyyəsinə gətirməklə iqtisadi göstəriciləri pul ifadəsində hesablamaq üçün istifadə edilən əmsal. Deflyator miqdarca qiymət artımı indeksinə bərabərdir. Məsələn, 2001-cı ildə orta aylıq əmək haqqı 300 min manat təşkil etmişdir. 1995-2001-cı illər arası qiymətlər 1000 dəfə artmışdır. Başqa sözlə qiymət artımı indeksi 1000-ə bərabər olmuşdur. Belə halda 2001-ci ildə əmək haqqını 1995-ci ildə mövcud olmuş qiymətlə ifadə etdikdə onu 1000-ə bərabər deflyatora bölmək gərəkdir. Bu zaman 2001-ci ildə orta əmək haqqı 1995-ci illərin qiymətində ayda 300 manat təşkil edəcəkdir.