gototop gototop

Dictionary

DAĞ RENTASI

(ingiliscə - mining rent - dağ-mədən rentası) - dağ-mədən sənayesində faydalı qazıntıların hasilatının geoloji və sosial-iqtisadi amilləri ilə şərtlənərək formalaşan təbii rentanın bir növü. Dağ rentası həm də mütləq renta, differensial renta qismində çıxış edir. I Differensial renta yatağın debiti - hasil edilən məhsul kəmiyyətinin vaxt vahidinə nisbəti və məhsulun daxili bazardakı satış qiyməti ilə müəyyən olunur. Debit nə qədər həcmlidirsə, I Differensial dağ rentasının kütləsi də o qədər artıqdır. II Differensional rentanın formalaşmasında isə hasilatın artırılmasını və faydalı qazıntıların tam çıxarışını təmin edən yüksək texnologiyalar iştirak edirlər. II Differensional renta təbii sərvət istifadəçilərinin innovasiyalar tətbiq etməklə hasilat texnologiyasının təsbit olunmuş orta səviyyəli istehsal xərclərini azaltmasını ifadə edir.