Archive
Dictionary
CİNNİ ƏMSALI, (İNDEKSİ)
(ingiliscə - Gini index - Cinni indeksi) bütün gəlirlər məbləğinin əhalinin ayrı-ayrı qrupları arasında bölgüsünü xarakterizə edən gəlirlər konsentrasiyası indeksi. İtalyan iqtisadçısı, statistik və demoqrafı Korrado Cinni (1884-1965) adı ilə bağlıdır. Cinni əmsalı iqtisadi ədəbiyyatlarda həmçinin GƏLİRLƏRIN KONSENTRASİYASI İNDEKSİ (ingiliscə - Index of concentration ofincomes, Income concentration index - gəlirlərin konsentrasiyası indeksi) kimi də təsbit olunur.