Archive
Dictionary
BUFER EHTİYATI
(ingiliscə - buffer. buff - zərbələri yumşaltma) - müəssisənin zəruri normal fəaliyyətini təmin edən minimal ehtiyat. Bufer ehtiyatı tədavül kapitalına aid edilir, qisamüddətli borclardan və ehtiyat kapitalından maliyyələşdirilir. Belə ehtiyat xammal və materiallarla təchizat və onların qiymətləri səviyyəsindən asılılıqda istehsal strukturuna, təxmin edilən təsərrüfat fəaliyyətinə hesablanaraq daimi olmalıdır.