Archive
Dictionary
BRETTON-VUDS SISTEMİ, Bretton-Vuds razılaşdırması
(ingiliscə - Bretton Woods system) - beynəlxalq pul münasibətlərinin ticarət hesablaşmalarının beynəlxalq sistemi. ABŞ-ın Bertton-Buds kurort şəhərində (Nyu-Hempşir ştatı) keçirilən (1-22 iyun 1944-cü il) konfrasda yaradılmışdır. Bu sistem Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BJİB) və Beynəlxalq Valyuta Fondunun (BVF) əsasını qoyaraq ABŞ dollarını qizılla bərabər dünya puluna çevirmişdir. Dollar üçün - 35$ = 1 troya unsiyası (31,10 qram) dollar- qızıl (bu zaman ABŞ dünya qızıl ehtiyatlarının 70%-nə sahib idi) standartı müəyyən edilmiş və beləliklə, ABŞ köhnə rəqibi Böyük Biritaniyanı sıxışdırmaqla valyuta bazarının hegemonuna çevrilmişdir.