Archive
Dictionary
BRENT NEFTİ
(ingiliscə - Brent Crude - xam brent) - Şimal dənizində hasil edilən neft çeşidlərinin etalon markası. Çeşidin adı 1970-ci ildə Şimal dənizində aşkarlanmış yatağın adından götürülmüşdür. “Brent” adı Broom, Rannoch, Etive, Ness və Tarbert horizontlarının baş həriflərindən formalaşdırılmışdır. Yüngül və azkükürdlüdür, müvafiq göstəricilərinə görə Qərbi Texas neftini (VTİ) üstələyir. Bütün dünya neft çeşidlərinin 40%-i bu marka əsasında qiymətləndirildiyindən “etalon” adlanır. Lakin o, son illər VTİ ilə eyni qiymətə reallaşdırılır. Yaranan qiymət fərqləri isə daşıma xərclərindən irəli gəlir. Əsasən, Şimal-qərbi Avropada emal edilir və əlverişli qiymət konyukturasında ABŞ və Aralıq dənizi hövzəsinə emal üçün göndərilir.