gototop gototop

Dictionary

BORU NƏQLİYYATI

(ingilscə - pipeline transport - boru kəməri nəqliyyatı) - boru kəmərləri vasitəsi ilə maye, qazvari və bərk materialların müəyyən məsafəyə ötürülməsini təmin edən nəqliyyat növü. Boru nəqliyyat sistemində nəqliyyat vasitəsi tələb olunmur. Burada infrastruktur özü nəqliyyat vasitəsi rolunu həyata keçirir. Boru nəqliyyatı dəmiryolu və su nəqliyyatından daha ucuzdur və böyük sayda işçi heyət tələb etmir. Boru nəqliyyatında əsas nəql yükü tipi qismində maye (neft və neft məhsullari) və qazquruluşlu (təbii qaz) xammal və materiallar çıxış edir. Boru nəqliyyatı məhsullarını böyük məsafələrə qisa xətlər vasitəsi ilə və itkisiz çatdırırlar. Borular torpağın altında, üstündə və estakadalarda quraşdırılır, nəqletmə prosesi nasos və kompressorların köməyi ilə reallaşdırılır. Boru nəqliyyatının gündəlik növü su və kanalizasiya xətləridir. Bundan başqa, boru nəqliyyatının qalaq yüklərinin su ilə qarişığını daşıyan eksperimental, bərk ədədi cisimli yüklərin pnevmatik poçt və məişət tullantıları nəql edən növləri də mövcuddur.