gototop gototop

Dictionary

BİRBAŞA XARİCİ İNVESTİSİYALAR

(ingiliscə - Foreign Direct Investment, FDI - Birbaşa Xarici İnvestisiyalar, BXİ) - kapitalın qoyulduğu ölkədə (resipiyent-ölkə) uzunmüddətli iqtisadi maraq əldə etmək məqsədilə qoyulan kapital. Birbaşa xarici investisiyalar praktiki olaraq, tamamilə özəl sahibkarlıq kapitalının ixracı ilə bağlıdır. Bu zaman bir ölkənin sahibkar kapitalının digər ölkədə daşınmaz əmlaka, sənaye və xidmətlər sferasına uzunmüddətli sərnmayə qoyuluşu həyata keçirilir, eyni zamanda xarici ölkədə milli firmanın filialının yaradılması və ya xarici şirkətin səhm paketinin əldə edilməsi halları da baş verir. Belə hal investora müəssisəni idarə etmək və onun işinə nəzarəti həyata keçirmək imkanı verir.