gototop gototop

Dictionary

BİLİKLƏR İQTİSADİYYATI İNDEKSİ

(ingiliscə - the knowledge economy index, KEİ - biliklər iqtisadiyyatı indeksi) müxtəlif ölkələrdə və dünya regionlarında biliklərə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən kompleks göstərici. 2004-cü ildə Dünya Bankı tərəfindən hazırlanmış və onun “Biliklərin qiymətləndirilməsi metodologiyasına” (the knowledge assessment methodology, KAM) əsaslanır. Nəticələri hər il dərc edilən 109 struktur və keyfiyyət göstəricilərini 4 əsas qrupda ehtiva edən hesablama üzrə aparılır.