Archive
Dictionary
BEYNƏLXALQ VALYUTA FONDU, BVF
(ingiliscə - International Monetary Fund, İMF - Beynəlxalq Valyuta Fondu, BVF) - BMT-nin ixtisaslaşdırılmış maliyyə təsisatı. Bretton-Vuds razılaşdırması əsasında 1944-cü ildə təsis edilmişdir. Mənzil-qərargahı Vaşiqtonda yerləşir. BVF-nin əsas vəzifəsi beynəlxalq ticarətin və valyuta-maliyyə əməkdaşlığının inkişafına köməklik göstərmək, üzvlərinin tədiyə balanslarını müdafiə etmək, onların valyuta kurslarını tənzimləmək və həmçinin dünya valyuta sisteminin sağlamlaşdırılması üzrə müvafiq islahatlar hazırlamaqdır. BVF öz üzvlərinə kredit resursları təqdim edir.