Archive
Dictionary
BEYNƏLXALQ RƏQABƏT
(ingiliscə - international competition - beynəlxalq rəqabət) - dünya bazarında iqtisadi nemətlərin daha əlverişli şərtlərlə istehsalı və satışı sahəsində milli və transmilli iqtisadi subyektlərin rəqabəti. Müxtəlif ölkələrin istehsalçıları arasında dünya bazarına daha çox əmtəə və xidmətlər çıxarılması və ya onlar üzərində nəzarətin gücləndirilməsi üzrə iqtisadi mübarizəni əks etdirir. Beynəlxalq rəqabət sahələrdaxili və sahələrarası rəqabəti birləşdirir, müxtəlif ölkələr arasında əmtəə və kapitalın hərəkətinə kömək edir və dünya bazarı ilə dünya iqtisadiyyatının balanslaşdırılmış inkişafına yardımçı olur.