gototop gototop

Dictionary

BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI, BMK

(ingiliscə - International Finance Corporation, IFC - Beynəlxalq Maliyyə Korporasiyası, BMK) - Dünya Bankı qrupuna daxil olan, özəl sektorun inkişafı vasitəsilə iqtisadi artımın təmin edilməsinə yönəlmiş beynəlxalq maliyyə institutu. 1956-cı ildə yaradılmışdır. BMK öz xidmətlərini bazar şərtləri əsasında həyata keçirir və hökumət təminatlarını qəbul etmir. O, daha rentabelli müəssisələrə 15 ilə qədər müddətə (orta hesabla üç ildən yeddi ilə qədər) kreditlər verir, uzunmüddətli borclar, məsləhət xidmətləri, riskin idarə olunması, zəmanətlər təmin etməklə inkişafda olan ölkələrdə özəl sektorun irəliləyişinə şərait yaradır. BMK kreditlərinin spesifikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - BYİB və Beynəlxalq İnkişaf Assosiasiyası - BİA-dan fərqli olaraq, hökumət zəmanətlərinin tələb edilməməsindən ibarətdir.