Archive
Dictionary
BEYNƏLXALQ MALİYYƏ İNSTİTUTU
(ingiliscə - The Institute of International Finance inc - Beynəlxalq Maliyyə İnstitutu) - banklararası elmi-tədqiqat, məsləhət və informasiya mərkəzi. 1983-cü ildə təsis edilmişdir. Dünyanın 50 ölkəsindən 270 bank, broker şirkəti, investisiya fondu və digər maliyyə müəssisəsinin sahibkarlarını birləşdirir. Beynəlxalq Maliyyə İnstitutu mahiyyəti etibarilə peşəkar assosiasiya olub, iki əsas vəzifənin - maliyyə xidmətlərinin yüksək keyfiyyətinin və üzvlərinin peşəkar davranışının təmin edilməsinə istiqamətlənmişdir.