Archive
Dictionary
BEYNƏLXALQ MALİYYƏ AKTİVLƏRİ
(ingiliscə - international financial assets - beynəlxalq maliyyə aktivləri) - dünya maliyyə bazarında dövriyyədə olan və gələcəkdə pul gəlirləri əldə etmək üçün sahiblərinin qanuni tələblərini əks etdirən səhmlər, istiqrazlar, veksellər, xəzinədarlıq öhdəlikləri şəklindəkı spesifik qeyri-maddi aktivlər. Beynəlxalq maliyyə aktivlərinin köməyilə maliyyə ehtiyatlarının vəsaitlərin artıq olduğu ölkələrdən investisiyalara ehtiyacı olan ölkələrə və onların rezidentlərinə ötürülməsi həyata keçirilir.