Archive
Dictionary
(ingiliscə - International Space Station, ISS - Beynəlxalq Kosmik Stansiya, BKS) - çoxməqsədli kompleks kosmik tədqiqatların aparılması üçün istifadə edilən pilotlu orbital stansiya. 20 noyabr 1998-ci ildən istismar olunan stansiya 15 ölkə - Belçika, Braziliya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Rusiya, ABŞ, Fransa, İsveç, İsveçrə və Yaponiyanın təmsil olunduğu beynəlxalq layihədir. Stansiya, ABŞ və Rusiyada yerləşən müvafiq mərkəzlər tərəfindən idarə edilir və hər gün informasiya mübadiləsini reallaşdırır. Stansiyanın fəaliyyətinin əsas məqsədlərdən biri də ekspermentlər və tədqiqatların aparılmasıdır. Bu ekspermentlər kosmik üçuş zamanı mikroqravitasiya, vakkum, kosmik şüalanma və digər sahələri əhatə edir. Təqdiqatlar sferasına isə biologiya, fizika, astronomiya, kosmologiya və meteorologiya daxildir.