gototop gototop

Dictionary

BEYNƏLXALQ KOOPERATİV BANKI, (BKB)

(International Cooperative bank, İCB) - 1957-ci ildə bazeldə (İsveçrədə) Kooperativ Cəmiyyətinin və Topdansatış İttifaqının (İsveç), Mərkəzi Kooperativ Bankının (İsveçrə) təşəbbüsü ilə yaradılmışdır. Bankın səhmdarları 20 ölkədən olan 57 kooperativ təşkilatıdır. Fəaliyyətinin əsas istiqamətləri və vəzifələri: müvafiq kooperativ təşkilatlara aşağı faiz dərəcələri ilə borcların verilməsi, kooperativ təşkilatlar üçün kreditlər alınmasında üstünlüyün təmin edilməsi, dividendlərin bölüşdürülməsi sisteminin müəyyən edilməsi, kooperativ banklar üçün vahid statistik məlumatlar sisteminin işlənib hazırlanması, müvafiq beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, valyuta məsələləri üzrə mütəxəssislərin müşavirələrinin keçirilməsi və s.