Archive
Dictionary
BEYNƏLXALQ KANALLAR
(ingiliscə - international channels - beynəlxalq kanallar) - dəniz və okeanları birləşdirən və beynəlxalq gəmiçilikdə istifadə olunan hidrotexniki qurğulardır. Beynəlxalq kanal mənsub dövlətin razılığı ilə onun ərazisində çəkilir. Bu zaman həmin dövlət ərazisinin müvafiq hissəsinin fiziki coğrafi və hüquqi statusunun dəyişdirilməsinə və yaranmış kanaldan sərbəst gəmiçiliyi təmin edilməsinə razılıq verməlidir. İstifadəçi ölkələr isə kanal sahibi dövlətin müvafiq istəqamətdəki qanun və qaydalarına əməl etməlidirlər. Bütün bu məsələlər xüsusi beynəlxalq saziş və konvensiyalarla reqlamentləşdirilir.