Archive
Dictionary
BEYNƏLXALQ İNVESTİSIYALAR
(ingiliscə - overseas investment - xarici investisiyalar) - bir ölkənin dövləti, sahibkarları və ya fiziki şəxsləri tərəfindən digər ölkənin iqtisadiyyatına yatrılan sərmayələr olaraq beynəlxalq maliyyə kapitalının hərəkət forması. Əsasən iki – birbaşa investisiyalar və portfel investisiyalar növləri fərqləndirilir. Beynəlxalq investisiyalar iqtisadiyyatın artımı və inkişafı məqsədilə maddi və maliyyə resurslarının hərəkətini və birləşməsi prosesini əhatə edən geniş və tutumlu anlayışdır. Beynəlxalq investisiyalar, həmçinin vəsaitin başqa ölkələrin emitetnlərinin xarici valyutada nominasiya edilmiş qiymətli kağızlarına qoyulması, eləcə də xarici valyuta ilə əldə edilmiş maliyyə alətləridir.