Archive
Dictionary
BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI, BDT
(ingiliscə - International Maritime Organization, IMO - Beynəlxalq Dəniz Təşkilatı, BDT) - beynəlxaql ticarət gəmiçiliyi üzrə texniki məsələrlərlə bağlı əməkdaşlıq və informasiya mübadiləsi aparatı funksiyasını yerinə yetirən beynəlxalq hökumətlərarası təşkilat, BMT-nin ixtisaslaşmış qurumu. BDT 1959-cu ildə yaradılmışdır, 166 üzv dövlətdən və 3 ortaq üzv ölkədən - (Honkonq, Çin 1967), (Çin, Makao, 1990), (Farer Adaları, Danimarka, 2002) ibarətdir. Mərkəzi qərargahı Londonda yerləşir.