Archive
Dictionary
BAZEL SAZİŞLƏRİ
(ingiliscə - Basel capital accords - kapital haqqında Bazel sazışləri) - Avropada müasir bank fəaliyyətinin tənzimləyən sənədlər toplusudur. “Kapitallar haqqında Bazel sazişləri” kapitalların birinci və ikinci səviyyəli kapitallara bölgüsündən ibarətdir. Sonralar Avropa Komissiyasının Direktivi “üçüncü səviyyəli kapital” anlayışını tətbiq etmişdir. Bank kapitalının yeni beynəlxalq hesablaşma qaydaları - “II Bazel” 2007-ci ildə qüvvəyə minmişdir.