Archive
Dictionary
İNFOQRAFİKA
(latinca - informatio - məlumatlandırma, izahat, şərh, yunanca - γραφικός - yazılı) tez və aydın şəkildə informasiya, məlumat və biliklərin kompleks ötürülməsinin qrafik üsulu, qrafik və kommunikasiya dizaynının formalarından biri. Tətbiq spektri genişdir: coğrafiya, jurnalistika, təhsil, statistika, texniki mətnlər. O, nəinki böyük həcmdə informasiyanı təşkil etmək, həm də zaman və məkanda obyektlər və faktlar arasında əlaqəni daha aydın göstərmək və eləcə də təmayülləri nümayiş etdirmək qabiliyyətinə malikdir.