gototop gototop

Dictionary

AKSİOLOGİYA

(yunanca - ἀξία - dəyər + λόγος - söz, təlim, ingiliscə - axiology - dəyərlər haqqında təlim) dəyərlər, onların mənşəyi, mahiyyəti, funksiyaları və növləri haqqında təlim, dəyərlərin təbiəti, strukturu, reallıqda yeri, habelə müxtəlif dəyərlərin öz aralarında, sosial və mədəni amillərlə və şəxsiyyətin strukturu ilə əlaqəsinin aspektlərini öyrənən fəlsəfənin bir bölməsi.