gototop gototop

Dictionary

UĞURSUZ DÖVLƏT

(ingiliscə - failed state - uğursuz dövlət) təşəkkül tapa bilməyən və ya baş tutmayan dövlət. Mövcudluğuna həyati təminatlı siyasi və iqtisadi vahid kimi dəstək vermək iqtidarında olmayan dövlət.  Baş tutmayan dövlətin mərkəzi hökuməti o qədər zəif və ya səmərəsizdir ki, o faktiki olaraq dövlət ərazisinin müəyyən hissəsinə nəzarət etmir və ya bu və ya digər dövlət funksiyalarını həyata keçirə bilmir. Belə bir dövlət dövlət hakimiyyətinin özünün aşınması səbəbindən beynəlxalq ictimaiyyətin gözündə idarəolunmaz və kifayət qədər legitim olmur.