Archive
Dictionary
(ingiliscə - Azerbaijan Deposit Insurance Fund - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, ADİF) iştirakçı banklardan əmanətlərin sığortalanması üçün sığorta haqlarını toplanmasl, müvafiq pul vəsaitinin təhlükəsizliyinin və bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə sığortalanmış əmanətlərin ödənilməsini təmin edilməsi missiyasını daşıyan milli sığorta fondu. ADİF qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Fəaliyyətini Əmanətlərin Siğortalanmasi Haqqında Azərbaycan Respublikasinin Qanunu əsasında qurur. İştirakçı bankların reyestrinin tərtib edilməsi və onlara şəhadətnamələrin verilməsi, sığorta haqlarının yığılması və uçotunun aparılması, sığorta hadisəsi baş verdikdə əmanətçilərin tələblərə kompensasiyaların ödənilməsi kimi vəzifələri yerinə yetirir. d Ali idarəetmə orqanı Himayəçilik Şurasıdır. Fond İcraçı Direktor tərəfindən idarə olunur.