Archive
Dictionary
(ingiliscə - Time - vaxt) fiziki və zehni proseslərin axını forması, dəyişmələrin ehtimalı şərti. Fəlsəfədə geri dönməz bir axın, metrologiyada fiziki kəmiyyət (yeddi əsas kəmiyyətdən biri). Köklü fenomenlərlə izah oluna bilmədiyindən, ölçmə yolu ilə qiymətləndirilir. Beynəlxalq sistemində saniyə (s) ilə ölçülür və əsasında dəqiqə, saat, gün və həftə ölçüləri yaranır. Təqvimdən asılı olaraq ay, il, qənirə, əsr və minillik kimi ölçmələri də mövcuddur. Fəlsəfə və fizikanın əsas konsepsiyalarından biri olaraq bütün cisimlərin mövcudluğu müddətinin ölçüsü, vəziyyətlərindəki proseslərin və proseslərin özünün, dəyişmənin və inkişafın ardıcıl dəyişməsinin xüsusiyyətidir. Biryönümlülüyü, birölçülü və bir sıra simmetriya xüsusiyyətlərinin olması ilə xarakterizə edilir. Zaman miqyası həm qeyri-bərabər (Yerin Günəş ətrafında fırlanmasl prosesi və ya insanın nəbzi) və həm də vahid ola bilər. O, həmçinin nisbilik nəzəriyyəsində vahid məkan-zaman koordinatlarından biridir. Bu fenomeni əsaslandırmağa və təsvir etməyə çalışan bir çox nəzəriyyələr irəli sürülsə də, hal-hazırda “zaman” anlayışını izah və təsfir edən ümumi qəbul edilmiş konsepsiya yoxdur.