gototop gototop

Dictionary

VAAS

(ingiliscə - Wide Area Augmentation System, WAAS  - Geniş sahənin artırılması sistemi, WAAS, vaas) GPS (Qlobal Mövqetəyinetmə Sistemi) naviqasiya sistemi tərəfindən ötürülən məlumatlara düzəlişlərin paylanması sistemi. Amerika Federal Aviasiya İdarəsi - FAA tərəfindən hazırlanmışdır. Şimali Amerikada fəaliyyət göstərir. Məkan (koordinat) dəqiqliyini artırmaq üçün GPS-i tamamlayır. İlk olaraq təyyarənin eniş zamanı yerini müəyyənləşdirmək üçün yaradılmışdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı - ICAO bu tip sistemi SBAS (peyk əsaslı genişləndirmə sistemi) adlandırır. Avropa və Asiyada eyni prinsiplər əsasında qurulan sistemlər yaradılmış və fəaliyyət göstərməkdədirlər. WAAS fəliyyət prinsipi: Yerüstü stansiyalar şəbəkəsi GPS siqnallarını ölçərək mərkəzi stansiyalara, mərkəzi stansiyalar öz növbəsində düzəlişləri hesablayaraq peyklərə, peyklər isə həmin düzəlişləri yenidən Yerə ötürürlər. WAAS-ı dəstəkləyən GPS qəbulediciləri düzəlişlər alır və koordinatları korrektə edir.