Archive
Dictionary
(ingiliscə - technical regulation - quru qaz) diazot dioksid və ya azot oksidi - N2O. Normal temperaturda rəngsiz, xoş, şirin qoxusu və dadı olan yanmaz bir qazdır. Sərxoşedici effektlidir və gülüş gətirməsinə görə bəzən “gülən qazı” da adlandırılır. N2O-nin şadlandırıcı və gülüş gətirən adını 1799-cu ildə onun xassələrini öyrənərək öz üzərində təcrübələndirən tanınmış ingilis kimyaçısı Hemfri Devi (1778-1829) vermişdir. H.Devi ilkin fazada N2O-nin oyandırıcı təsirini, sonra həmin təsirin gülüş və nizamsız bədən hərəkətləri ilə müşayiət olduğunu görmüş, sonda isə şüurun itməsini hiss etmişdir. Sıfır temperaturda və 30 atmosfer təzyiqində, eləcə də normal temperaturda və 40 atmosfer təzyiqində qatılaşdırılmış rəngsiz mayeyə çevrilə bilər. Bir qram maye azot oksidindən yarım litr qaz əldə oluna bilər. Dərəcəsinə görə Yerin atmosferində toplanan üçüncü istixana qazıdır. Bu səbəbdən də stratosferik ozonu məhv edən bir maddə kimi qlobal istiləşməninin əsas səbəblərindən hesab olunur.