Archive
Dictionary
STARTAP
(ingiliscə - startup - start götürən, fəaliyyətə başlayan) yeni yaradılan (bəzən hüquqi qeydiyyatı belə olmayan), inkişafa meylli yeni ideyalar və təşəbbüslər üzərində qurulan başlanğıc biznes layihəsi, şirkət və ya təşkilat. Startaplar bir qayda olaraq öz fəaliyyətlərini innovasiya ideyaları və ya hələ kütləvi istehlaka buraxılmamış texnologiyalar bazasında qururlar. Termin olaraq ilk dəfə 1976-cı ilin avqustunda “Forbes” jurnalında səslənmişdir.