Archive
Dictionary
(ingiliscə - Standardization - Standartlaşdırma) ayrı-ayrı məmulatların, xammalın, cihazların, müəyyən proseslərin və s. keyfiyyətinin artırılması, istehsalı prosesinin sadələşdirilməsi və detallarının qarşılıqlı dəyişdirilməsinin yüngülləşdirilməsinin tələb və normalarının müəyyən edilməsindən, habelə obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqində ibarət fəaliyyət. Əsas vəzifəsi eyni məhsullar üçün vahid normanı müəyyən etmək, nətiçəsi konkret obyektlər üzrə normativ-texniki sənəd - standartların yaratmaqdır. Standartlaşdırma elmi-texniki tərəqqinin və iqtisadi inkişafın sürətlənməsin təsir edən, vətəndaşların həyat və sağlamlığının təhlükəsizliyi səviyyəsinin, məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinin və keyfiyyətinin artırılması, texniki reqlamentlərin tələblərinə riayət olunmasına dəstək verən mühüm vasitədir.