gototop gototop

Dictionary

SORBENTLƏR

(latınca - sorbens - uducu) ətraf mühitdən qazları, buxarları və ya həll olunmuş maddələri seçici şəkildə sovuran bərk maddələr (liflər və dənəvərlər) və ya mayelər. Sorbsiyanın xüsusiyyətindən asılı olaraq, absorment və adsormentlərə bölünürlər. Absorbentlərə qaz və maye maddələrin hissəciklərini sovurmaq, udmaq və özündə saxlamaq xüsusiyyətlərinə malik materialar, peraparatlar və cismlər aiddir. Adsorbentlər isə yüksək səthə malik və səthində udma (qatılaşdıran) maddəsi olan qazlar və ya mayelərlə təmasda kimyəvi qarşılıq verərək adsorbsiya yaradan yetərli dispersiyalı (səpələnmiş) təbii və süni materiallardır. Absorbentlər adsorbentlərdən bir sıra cəhətləri ilə fərqlənirlər: absorbentlər maddələri yalnız qatın səthilə udur, tez təsir edir, toksitləşməyə qarşı müalicə istifadə olunur. Absorbentlər isə maddəni bütün həcmi ilə udur, yavaş hərəkət və təsir edir, ondan daha çox sənayedə (suyu metallardan və qatışıqlardan, habelə zəhərli maddələr tökülmüş yerləri təmizləmək üçün) istifadə olunur. istifadə olunur.