gototop gototop

Dictionary

SOCAR KARBAMİD ZAVODU

(ingiliscə - SOCAR Carbamide Plant - SOCAR Karbamid Zavodu) təbii qaz xammalına əsaslanan ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrini əhatə edən müəssisə. Təməli 2011-ci ildə qoyulmuş və 2019-cu ildə istismara buraxılmışdır. İllik gücü 650-660 min ton, istehsal üçün illik qaz sərfiyyatı 430-450 milyon m3 (gündəlik 1.32 milyon m3). Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid (azot gübrəsi) istehsal ediləcəkdir. İstehsal edilən azot gübrələri daxili tələbatı tam ödəməklə yanaşı, həm də Türkiyəyə və Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunur. Nizamnamə kapitalı 272 milyon manat, işçi sayı 335 nəfər (01.01.2020). Müəssisə Sumqayıt şəhərində yerləşir.