gototop gototop

Dictionary

SİLİKON VADİSİ

(ingiliscə - Silicon Valley - Silikon Vadisi) kompüterlərin, onların komponentlərinin, xüsusən də mikroprosessorların, eləcə də proqram təminatının, mobil biotexnologiyaların, rabitə cihazlarının, istehsalı və inkişafı ilə əlaqəli yüksək texnoloji şirkətlərin böyük bir sıxlığı ilə xarakterizə olunan ABŞ-ın Kaliforniya ştatında San-Fransisko şəhəri ilə San-Xose şəhəri arasındakı aqlomerasiya-konurbasiya sahəsindəki yerin adı. Bu texnoloji mərkəzin meydana gəlməsi və inkişafı ərazidə böyük şəhərlərin cəmləşməsi, aparıcı universitetlərin və yeni şirkətlərin maliyyələşdirmə mənbələri mövcudluğu, həmçinin onların vadiyə bir saatlıq məsafə olması və aralıqdənizi iqlim şəraiti ilə əlaqədardır. 1971-ci ildə “Electronic News” jurnalının müxbiri Don Höfler yarımkeçiricilərin istehsalının sürətlə inkişafını Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda olduğunu göstərmək üçün bu rayonu Silikon Vadisi adlandırmışdır. Regionu İnternet Vadisi də adlandırırlar. Silikon Vadisinin bazası Stenford Universitetində yerləşir. Burada həmçinin bir çox nəhəng şirkətlərin mərkəzləri də, o cümlədən Apple, Microsoft, Google, Twitter, HP, Intel, Facebook, Mozilla, Yahoo, Cisco, Maxtor, Softway Solutions, Oracle, Nvidia, AMD cəmləşmişdir. Digər ölkələrdə bir sıra digər innovasiya klasterlərinin yaradılmasına baxmayaraq, “ABŞ Silikon Vadisi” bu sahədə aparıcı mərkəzi olaraq qalmaqdadır.