Archive
Dictionary
(ingiliscə - radioactive elements - radioaktiv element) bütün izotopları radioaktiv olan, öz-özünə parçalandıqda xarakterik şüalanma yaradan, canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər maddələr, kimyəvi elementlər (uran, torium, plutonium və. s). Təcrübədə, çox hallarda bu terminlə təbii qarışıqda ən azı bir radioaktiv izotop olan bütün elementlər (yəni element təbiətdə radioaktivlik nümayiş etdirirsə) birləşirlər. Bundan əlavə, indiyə qədər sintez olunmuş bütün süni elementlər radioaktivdirlər, belə ki, onların bütün izotopları radioaktivdir. Bir sıra radioaktiv elementlər böyük praktik əhəmiyyət daşıyırlar. Uran və plutonium nüvə reaktorlarında və nüvə silahlarında parçalanan material kimi istifadə edilir. Bəzi radioaktiv elementlər bir neçə ilədək davamlı ömrü olan atom elektrik batareyalarının istehsalında istifadə olunur. Təbii radioaktiv elementlərin uzunömürlü izotopları geoxronologiyada (süxurların və ya mineralların mütləq və nisbi yaşını təyin edən metodlar kompleksi) istifadə olunur.