gototop gototop

Dictionary

BAZAR İQTİSADİYYATI

(ingiliscə - marketeconomy- bazar iqtisadiyyatı) - bazar subyektlərinin sərbəstliyini təmin edən azad təsərrüfatçılıq forması. Bazar iqtisadiyyatının üç modelini fərqləndirirlər: 1. liberal bazar iqtisadiyyatı modeli - xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması ilə, təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması ilə, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi ilə, əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təjrid edilməsi ilə, sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması ilə, ümumi milli məhsulda dövlət büdcəsinin payının az olması ilə və sairlə xarakterizə olunur; 2. sosial yönümlü bazar iqtisadiyyatı - çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarşılıqlı iqtisadiyyatın olması ilə, nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi ilə, dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsi, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi ilə, işsizlərin sayının minimuma endirilməklə əhalinin məşğulluğunun tənzimlənməsi ilə, ümumi milli məhsulun tərkibində dövlət büdcəsinin xüsusi çəkisinin çox olması və sair ilə səciyyələnir; 3. sosial-demokrat yönümlü bazar iqtisadiyyatı - sosial yönümlü bazar iqtisadiyyatı modeli ilə demək olar ki, eynidir. Buna baxmayaraq, bu model üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterikdir.