gototop gototop

Dictionary

PARTLAYICI MADDƏLƏR

(ingiliscə - explosıve substances - partlayıcı maddələr) müəyyən şəraitdə ani zamanda kimyəvi reaksiya nəticəsində böyük miqdarda enerji ayrımaqla dağıdıcı gücə malik maddələr (nitroqliserin, tetril, trotil, patrlayıcı civə, qurğuşun azidi, ammonium-nitrat, heksogen, permanqanat kalium, hidrogen, metan, propan, hərbi təyinatlı partlayıcılar və s). Fiziki mənada, ümumi anlayış kimi partlaya biləcək bütün maddələrə aiddir. Sənayedə və hərbi sahədə partlayış üçün istifadə edilir. Bərk və maye halında olur. Kimyəvi tərkibdən və xarici şəraitdən asılı olaraq partlayıcı maddələr yavaş (deflagasion) yanma, sürətli (partlayıcı) yanma və ya detonasiya (partlama) rejimlərində reaksiya məhsullarına çevrilə bilər. Buna görə də, ənənəvi olaraq, partlayıcı maddələrə detonasiya etməyən (partlamayan), lakin müəyyən bir sürətlə yanan birləşmələr və qarışıqlar da (atma barıtları, pirotexniki birləşmələr) aid olunur. Partlayıcı maddələr enerji qatılaşdırılmış sistemlər kimi təsnif edilir. Yanan qazlar, alışan mayelərin buxarları, asılmış aerozollar partlayışa səbəb ola bilər. Lakin, bu cür qarışıqların hava ilə dağıdıcı təsiri partlayıcı maddələrlə müqayisədə zəifdir. Çünki onun tərkib hissələrindən biri - havanın partlayışdan əvvəl böyük həcmliliyi ilə partlayış təzyiqi kiçilir. Partlayıcı maddələrin təhlükə dərəcəsinə görə təsnifləşdirilməsinin müxtəlif sistemləri mövcuddur. Ən geniş yayılmışlara mədən işlərində təhlükə dərəcəsinə görə təsnifat və 2003-cü ildə BMT tərəfindən qəbul edilən kimyəvi məhsulların təhlükə təsnifatı və markalanması sistemi (santimetr-qram-saniyə - CGS) aid edilir. Partlayıcının enerjisi öz-özlüyündə çox da böyük deyildir. Belə ki, 1 kq trotilin partlaması ilə 1 kq kömürün yanmasından 6-8 qat az enerji hasil olunur. Lakin partlayış zamanı bu enerji adi yanma proseslərində olduğundan on milyonlarla dəfə daha sürətli ayrılır. Bundan başqa, kömür oksidləşdiriciləri ehtiva etmir.