gototop gototop

Dictionary

PARİS İQLİM SAZİŞİ

(fransızca - L'accord de Paris, ingilscə - The Paris Agreement - Paris İqlim Sazişi) 2020-ci ildən atmosferdə karbon qazının (CO2) buraxılışını azaltmaq üçün tədbirləri tənzimləyən BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyası üzrə Sazişi. Fransanın paytaxtı Paris şəhərində keçirilən iqlim konfransında “Kioto protokolu”u əvəzinə 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilmiş, 22 aprel 2016-cı il tarixində isə imzalanmışdır. Razılaşmanın məqsədi (2-ci maddəyə əsasən) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsini fəallaşdırmaq, xüsusilə də qlobal orta temperaturun artmasını 2oo C-dən çox aşağı səviyyədə saxlamaq və 1,5 oC-yə bərabər temperaturun artmasının məhdudlaşdırılmasına səy göstərməkdir. Saziş iştirakçıları CO2 emissiyasının pik nöqtəsinin “mümkün qədər tez” əldə olunmasını elan etmişlər. İştirakçı ölkələr bəyan edilmiş ümumi məqsədə fərdi qaydada nail olmaq üçün öz tövhələrini təyin edir və onlara beş ildə bir yenidən baxırlar. Sazişdə hal-hazırda təklif olunan milli tövhələrin kifayət etməməsindən, həmçinin onlara yenidən baxıldıqda “ambisiyalılıq” və “tərəqqi” haqqında danışılır. Həm milli məqsədlərin bəyan edilməsi və həm də onlara mütləq nail olmağın əldə edilməsi üçün heç bir məcburiyyət mexanizmi nəzərdə tutulmur.