Archive
Dictionary
(yunanca - ὄζω - qoxu verirəm və κηρός - mum) neft və neft bitumu qruplarından olan təbii karbohidrogen. Yüksək molekulyar ağır doymuş karbohidrogenlərin (karbon 85-87% və hidrogen13-14%) qarışığıdır. Arı mumuna bənzəyir, element tərkibi parafinin tərkibinə yaxındır. Kerosin qoxusu verir, rəngi açıq sarıdan tünd qəhvəyidən, konsistensiyası yumşaq plastikdən bərk kövrəkə qədər dəyişir. Efir, neft, benzol, skipidar və digər maddələrdə əriyir. 1940-ci ildə parafinin genişlənən istehlakı ilə ozokerit hasilatı rəqabət nəticəsində aşağı enmişdir. Ozokeritlərə yataqlarda lay yataqları və damar şəklində rast gəlinir. Neft mumlarından daha yüksək ərimə temperaturu olduğundan, elektrik izolyatorları və şamlar istehsalında tətbiqi hələ də üstünlük təşkil edir. Ozokerit otuz müxtəlif ölkələrdə hasil olunur. Ən məşhur yataqları Böyük Britaniya, Türkmənistan, Ukrayna və Hindistandadır.