Archive
Dictionary
(ingiliscə - nitroglycerin - nitrogliserin) gliserin və azot turşusunun mürəkkəb üzvi birləşməsi olan maddə. Şəffaf, sərt aşağı özlülüklü (yağ kimi), yüksək toksikli qeyri-uçucu mayedir Hipotermi (çoxsoyuducu) meyllidir. Partlayıcı və dərman xüsusiyyətləri ilə məşhurdur. İlk dəfə 1847-ci ildə İtalyan kimyaçı Ascanio Sobrero (1812-1888) tərəfindən sintez edilmiş və əvvəlcə “pyrogliserin” adlandırılmışdır. Xalis halda çox güclü partlayici təsirə malikdir. Dinamitlərin və digər partlayıcıların hazırlanmasinda istifadə olunur. Damcisi belə zərbə gördüyü halda adi otaq qədər sahəni məhv edir. Laboratoriyada konsentratlaşdırılmış azot və sulfat turşularının qarışığı əsasında esterifikasiya (turşuların və spirtlərin qarşılıqlı təsirində mürəkkəb efirlərin formalaşmasının reaksiyası) yolu ilə əldə olunur.