gototop gototop

Dictionary

NAVSTAR-GPS

(ingiliscə - Navigational Satellite Timing and Ranging - Global Positioning System, NAVSTAR-GPC - Naviqasiya Peyk Xronometrajı və Fəaliyyət Diapazonu - Qlobal Mövqetəyinetmə Sistemi, NAVSTAR-GPC) mövqetəyinetmə və vaxt ölçmə üzrə qlobal naviqasiya sistemi. Tarixi inkişaf 1973-cü ildən başlanılmış, 1980-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılaraq, 1995-ci ildən istifadə olunmağa başlamışdır. Fasiləsiz rejimdə işləyir və işləmə prinsipi mövqeyini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Peyk qrupuna 6 müxtəlif dairəvi orbitdə hərəkət etdən 32 kosmik aparat daxildir. Peyklər Yer ətrafında 20200 metr yüksəkliyində 11 saat 58 dəqiqə dövr edir və hər millisaniyədən bir Yerə sistemin düzgün işləməsi və ya hər hansı çatışmazlığın olub olmaması, cari vaxt və tarix (gün, ay, il), almanax məlumatları (bütün peyklərin orbital məlumatlarını özündə əks etdirən) və məlumatlar məcmusunun dəqiq göndərilmə vaxt məlumatları ötürürlər. GPS-qəbuledicilərinin tətbiq sahəsi çox genişdir və müvafiq sistem quruda, suda və yerətrafı məkanda istənilən nöqtədə mövqeyi təyin etməyə imkanlıdır.