Archive
Dictionary
(ingiliscə - Solar towers power plant - Qüllə tipli günəş elektrik stansiyası) Günəş radiasiyasından istifadə edərək su buxarının alınması prinsipinə əsaslanan günəş elektrik stansiyası. Belə tip stansiyanın mərkəzində hündür qüllə (gücdən asılı olaraq 18-24 metr) və onun başında Günəş şüalarını udan qara rəngli çən yerləşdirilir. Qüllənin içərisində həmçinin buxarı onun kənarında turbogeneratora çatdıran nasos qrupu qoyulur. Qüllənin dairəsində aralı məsafədə isə heliostatlar (günəş işığını bir tərəfə istiqamətləndirmək üçün güzgünü döndərə bilən cihaz. Heliostat Günəşin görünən sutkalıq hərəkətinə baxmayaraq daim bir istiqamətdə olur) düzülür. Aydın günəşli havalarda, çəndə hərarət 700 C0 dərəcəsinə çata bilər və bu temperatur parametrləri ənənəvi istilik elektrik stansiyalarının əksəriyyətində istifadə olunur. Bundan enerji almaq üçün isə standart turbinlərdən istifadə edilir.