Archive
Dictionary
QURU QAZ
(ingiliscə - dry gas - quru qaz) tərkibində metan mütləq üstünlük təşkil edən və az miqdarda etan və hidrogensulfiddən ibarət karbohidrogen qrupuna aid təbii yanar qaz. Mədən şəraitində təbii qazın ağır karbohidrogenlərdən, su buxarlarından, hidrogen sulfiddən və qazın kompleks hazırlıq qurğularında və qaz emalı zavodlarında mexaniki qatışıqlardan təmizlənməsi yolu ilə əldə edilir. Magistral qaz kəmərlərinə verilən quru qaz 20 mq/m3 hidrogen sulfiddən çox olmamalıdır. Bu zaman o, həm də 60-75%-ə qədər nisbi rütubətə malik olmalıdır. Quru qaz kondensasiya nöqtəsindən yuxarıda qızdırılan qazdır və onu cılız qaz da adlandırırlar.