Archive
Dictionary
(ingiliscə - Clathrate hydrate - Qaz hidratları) “müəyyən bir termobarik (təbəqə təzyiqi və temperaturu) şəraitdə su və qazdan əmələ gələn kristal birləşmələr. Təbii qazların hidratı və ya klatratlar (latınca - clat(h)ratus - “arakəsmələrlə bağlanılmış, qəfəsələ qoyulmuş“) kimi də sinonimləri vardır. Qaz hidratları içərisində təbii qaz enerjisi olan xarici görünüşcə qara və ya əzilmiş, yumşaq buza bənzəyir. Onlara təbii, maye və sıxılmış qazların yeni alternativləri kimi baxılır. Burada qaz 150-160 dəfə sıxılmaya məruz qalmışdır. 1 m3 qaz hidratı sıxılmış səviyyədə 160-180 m3 metana bərabərdir. İndiyə qədər qaz hidratının 3 formada aşkarlığı mövcuddur. Daha çox yayılmış biogen metan tərkibli “struktur-1” formasıdır. Bundan başqa, qaz hidratları termogen qazlardan ibarət “struktur- 2” və “struktur- N” adlandırılan böyük molekul tərkibli növə də malikdir. Qaz hidratlarına kontinental sahillərin dərin sularında, dünya okeanlarının demək olar ki, bütün hissələrində - 90%-də, quru ərazilərinin isə 23%-də rast gəlinir. Qaz hidratlarının səthə çıxarılmasında, habelə xarici şəraitdəki dəyişikliklər səbəbindən daşınması və saxlanmasında mürəkkəbliklər və çətinliklər vardır. Səthə qaldırılanda temperaturun artması və təzyiqin azalması ilə əlaqədar metan və suya parçalanır. Qaz hidratlarının hasilatında əsas ekoloji risk böyük metan emissiyası (metan istixana effekti yarada qazlardandır) ilə bağlıdır ki, bu da yer biosferində dəyişikliyə səbəb ola bilər. Bundan başqa, sualtı hasilat dəniz dibinin dağılmasına və relyefin dəyişməsi ilə müşayiət edilər ki, bu da öz növbəsində sunamiyə səbəb olar. Dünya üzrə qaz hidratlarının mümkün ehtiyatları 100 min terafut kub metrə (T=1012) qədər hesablanır.