gototop gototop

Dictionary

KVANT TEXNOLOGİYASI

(ingiliscə - quantum technology - kvant texnologiyası) kvant mexanikasının, ilk növbədə kvant dolaşıqlığının spesifik xüsusiyyətlərindən istifadə edən fizika sahəsi. Məqsədini kvant prinsiplərinə əsaslanan sistem və cihazların yaradılması təşkil edir. Kvant texnologiyaları sahəsində mümkün praktik tətbiqetmələrə kvant hesablama və kvant kompüterləri, kvant kriptoqrafiyası, kvant teleportasiyası, kvant metrologiyası, kvant sensorları və kvant şəkilləri daxildir.